İsrail və “HƏMAS” yarım illik atəşkəs elan etdilər

israil-ve-hemas-yarim-illik-ateskes-elan-etdiler
Oxunma sayı: 1011

İsrail və Qəzza sektoruna nəzarət edən “HƏMAS” qruplaşması arasında razılıq əldə olunub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər yarım illik atəşkəs elan ediblər. Bundan başqa, İsrail söz verib ki, Qəzza sektorunda fələstinli balıqçılar üçün sahəni genişləndirəcək, dərmanların ünvanına çatdırılmasına mane olmayacaq.

Fələstin tərəfi isə Qəzza sektorunda qarışıqlığa son verəcəklərinə və sərhəd boyunca 300 metr məsafədə bufer zonası yaradacaqlarına vəd verib.