İsraildən Azərbaycanla bağlı xəbərdarlıq - “Ora getməyin”

israilden-azerbaycanla-bagli-xeberdarliq-ora-getmeyin
Oxunma sayı: 635

“Qafqazinfo”nun İsrail KİV-nə istinadən verdiyi xəbərə görə, Milli Təhlükəsizlik Şurasının tərkibinə daxil olan Terrorla Mübarizə Qərargahı xüsusən də yaz bayramları ərəfəsində dünyanın 12 ölkəsinə və səkkiz regiona səfər etməməyi tövsiyə edib. Bu dəfə keçmiş sovet ölkələrindən ancaq Azərbaycan bu siyahıya daxil edilib. Burada təhlükə səviyyəsi “potensial” olaraq qiymətləndirilir.

İsrail vətəndaşlarına çox vacib olmadığı halda bu ölkəyə səfər etməmək məsləhət görülür. Yerli mətbuat isə bunu “Hizbullah” terror təşkilatının liderlərindən biri olan İmad Muqnienin öldürülməsinin beşinci ildönümü ilə bağlı İsrail vətəndaşlarının oğurlanma ehtimalının olması ilə izah edib.