İstanbul Vəkillər Kollegiyasında Xocalı Soyqırımı müzakirə edildi

istanbul-vekiller-kollegiyasinda-xocali-soyqirimi-muzakire-edildi
Oxunma sayı: 1191


“Qafqazinfo” xəbər verir ki, “Xocalı soyqırımı nəinki türk millətinin, insanlığın ortaq ağrısı olamalıdır. Çünki Xocalıda yaşananlar modern dünyanın insanlıq utancı idi”. Bu fikirləri İstanbul Barolar Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci il dönümü ilə əlaqədar, “Beynəlxalq hüquq və insan haqları baxımından Xocalı Qətliamı və Qarabağ problemi” mövzusunda keçirilən konfransda millət vəkili, Azərbaycan –Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva səsləndirib. Onun sözlərinə görə, Ermənistan modern dünyanın qəbul etdiyi qanunları pozaraq Azərbaycan torpaqlarını işğal etdi. İşğal nəticəsində 1 milyon insan hələ də öz evinə dönə bilmir. Bu insanların bitməyən acılarının olduğunu deyən millət vəkili “İnsanların evlərindən didərgin düşməsi ilə yanaşı 100 mindən çox insanın sağlamlığını itirib. Hələ bu siyahıya psixi strees keçirənlər daxil deyil. Ermənistan bütün bunları etməklə insanlığa qarşı bir cinayət etmişdi. Ancaq dünya ölkələri bu məsələyə müdaxilə etməyərək insanlığa qarşı edilən cinayətə ortaq olublar”-deyə bildirib.

Beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsində ciddi bir rol oynayacağına inanmadığı deyən millət vəkili, Ermənistanın həmin təşkilatların qərarlarını yerinə yetirməməsinə baxmayaraq, heç bir ciddi addımlar atılmır deyə fikirlərinə əlavə edib. “Əlimizdə hüququ baxımdan bütün sənədlər var. Ancaq bunu hüququ yolla həll etməli olna bütün qurumlar üzərinə düşəni etmək fikrində deyillər. Oyunlar da oyunçular da ortadadır. Ermənistanın “ərköyün” davranışı bəzi ölkələrin maraqlarına uyğun gəlir”.

O bildirib ki, “Bu gün ən əsas missiyamız olaraq gerçəkləri dünyaya çatdırmağı bacarmalıyıq. Dünyanın bu gerçəkləri görməsinə və Ermənistanın beynəlxalq məhkəmədə cavab verməsinə nail olmaq lazımdır. Xocalıya qədər edilən soyqırımların səbəbkarları cəzalandırılsa idi Xocalı baş verməzdi. Xocalının səbəbkarları cəzalandırılsa bu soyqırım yenidən təkrarlanmaz. Ancaq bunu törədənlərin layiqli şəkildə cəzalandırılması üçün lazımı işlər görülür. Görülən işlərin nəticəsi olaraq dünyanın bir çox ölkələrində Xocalıda baş verənlərin soyqırım olması barədə Pakistan Kanada Honduras, Amerikanın 6 ştatı və digər ölkələlər qərarlar qəbul ediblər.”

Prof.dr. Aygün Attar ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsində tarixən qərbin maraqlı olduğunu və 1943-cü ildə Tehran konfransında həmin maraqların dilə gətirilərək, Stalinin qarşısına qoyulduğunu bildirib. Onun sözlərinə görə, “İkinci Dünya Müharibəsinin sonunda böyük qələbə vəd edilən SSRİ rəhbəri Stalin, Mir Cəfər Bağırova ermənilrə tarixi Azərbaycan və azərbaycanlıların məskunlaşdığı torpaqlara köçürülməsini təmin etmək barədə əmr verir . İşin qəribə tərəfi bütün bunlar Azərbaycan dövlətinin büdcəsi hesabıan aparılmalı idi. Bu qərara etiraz edən MİrCəfər Bağırov Qərblə əlaqələr qurmaqda ittiham edilərək sürgün edilir. Ancaq etiraza baxmayaraq Stalinin verdiyi qərar icra olunur”.

Sonda tarixi gerçəkliklərə nəzər salaraq Xocalıya ədalət tələb edən Prof. Dr Aygün Attar, fikirlərini “Xocalıya ədalət, düşmənlərə lanət,şəhidlərə rəhmət”,-deyərk yekunlaşdırıb.

Tədbirdə həmçinin Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Muxtar Mustafayev də çıxış edərək ermənilərin türklərə olan düçmən münasibətinin tarixən də mövcud olduğunu deyərək, bunu ermənilər tərəfindən də etiraf edildiyini dilə gətirib. O bildirib ki, ermənilər müxtəlif illərdə azərbaycanlılara qarşı məkrli niyyətlərini nümayiş etdiriblər. “Ulu öndər Atatürk bildirib ki, türkün türkdən başqa dostu yoxdu. Bu anlayış nəinki XX əsrin əvvəllərində öncəki dövrlərdə mövcud olub”. O ermənilərin etdiklərinin Avropaya çatdırılmasının və ədalətin bərpa olunmasının vacib olduğunu bildirib.

M.Musayevin sözlərinə görə, Avropada öz haqlarımızın müdafiəsinə nail olarsaq Azərbaycan, Türkiyədən Ermənistanla əlaqələrini birmənalı şəkildə kəsməsini istəyəcək O, vurğulayıb ki, lazım gələrsə Azərbaycan öz ərazi bütövlüyünü hərb yolu ilə bərpa edəcək.