İstanbulda 5 min polis səfərbər oldu - Fotolar

istanbulda-5-min-polis-seferber-oldu
Oxunma sayı: 655

İstanbul şəhərində axşam saatlarından etibarən 5 min polisin iştirakı ilə “Yeditepe Huzur” adlı asayişi qoruma tədbirləri keçirilir.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, şəhərin 39 qəsəbəsində 200 nöqtədə reydlər aparılır.

Yoxlama tədbirlərinə havadan və dənizdən də dəstək verilir.

Təbdirlər üzərlərində silah, bıçaq və narkotik maddə daşıyanlara qarşı həyata keçirilir.

Reydlərin gecə saatlarına qədər davam edəcəyi bildirilir.