İstilər sabah da davam edəcək

istiler-sabah-da-davam-edecek
Oxunma sayı: 654

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 24-26, gündüz 36-38 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Eldar Tanrıverdiyev