İstirahət günləri hava necə olacaq?

istirahet-gunleri-hava-nece-olacaq
Oxunma sayı: 1995

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərinə proqnozlaşdırılan hava şəraitini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda isə 22-27 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların isə nəzərinə çatdırılır ki, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, avqustun 04-05-də hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edirik