İtaliyadan Rövşən Lənkəranski ilə bağlı - - Qərar

italiyadan-rovsen-lenkeranski-ile-bagli-
Oxunma sayı: 2814


APA-nın məlumatına görə, 38 yaşlı Rövşən Canıyevin İtaliya hüquq-mühafizə orqanları tərindən beynəlxalq axtarışa verilməsi barədə məlumatlar İnterpolun saytından götürülüb. 

 Xatırladaq ki, İtaliya 2013-cü ilin sentyabrında Azərbaycanın Lənkəran rayonundan olan, 38 yaşlı Rövşən Canıyev mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilərək barəsində dövlətlər arası axtarış elan etmişdi.

 Qeyd edək ki, Rövşən Canıyev “oğru dünyası”nda böyük nüfuz sahibidir və "Rövşən Lənkəranski" kimi tanınır. O, ilk dəfə 1996-cı ildə 2 il müddətində həbs edilib. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail Rayon Məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə R. Canıyev cinayət məsuliyyətindən azad edilib.

 Rövşən Lənkəranski 2009-cu ilin dekabrında Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya edilib. Dövlət ittihamçısı R. Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.

 Rövşən Lənkəranski hazırda Ukraynada yaşayır.