İTV-yə əcnəbi serial hüququ verilməyəcək

itv-ye-ecnebi-serial-huququ-verilmeyecek
Oxunma sayı: 659

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Milli Məclisin (MM) iyunun 29-da keçiriləcək növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsində “teleseriallar” sözü olmayacaq.

Belə ki, MM-in Mədəniyyət Komitəsinin iyunun 6-da keçirilmiş iclasında müvafiq qanuna təklif olunan dəyişikliyə əsasən, İTV-yə dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Lakin layihənin son variantında “teleseriallar” sözü çıxarılıb. Son varianta görə, İTV-yə dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.

Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsində digər dəyişikliklər də nəzərdə tutulub.