Jak Şirak haqda hökm verildi

jak-sirak-haqda-hokm-verildi-
Oxunma sayı: 783

O, Paris meriyasında işlədiyi dövrdə saxta iş yerlərinin yaradılmasında təqsirli bilinib. Bu barədə cümə axşamı Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Məhkəminin qərarına əsasən, Şirak ictimai vəsaitlərin israf edilməsində və gəlir əldə etmək məqsədilə səlahiyyətindən sui-istifadə etməkdə günahkar bilinib.

Fransaya 1997-ci ildən 2005-ci ilə qədər ardıcıl iki müddət rəhbərlik edən Şirak İslah Məhkəməsinin mühakimə etdiyi ilk eks-prezident olub. Şirak Paris meri olduğu dövrə aid iki iş üzrə təqsirləndirilir. İşlərdən birinə Nantera məhkəməsi, ikincisinə isə Paris məhkəməsi tərəfindən baxılır. İlk iş çərçivəsində o, 1990-1994-cü illərdə 7 saxta iş yerinin yaradılmasında, ikincisi üzrə isə 1992-1995-ci illərdə 21 saxta iş yerinin yaradılmasında təqsirləndirilir.