“Jara”da Aygün Kazımova da olacaq

jarada-aygun-kazimova-da-olacaq
Oxunma sayı: 1247

İyul ayında baş tutacaq səs-küylü “Jara” festivalında Xalq artisti Aygün Kazımova da iştirak edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə layihənin instaqram səhifəsində qeyd olunub.

Bildirilib ki, sənətçi 26 iyul tarixində səhnəyə çıxaraq tamaşaçıları sevindirəcək.

Bu məqamda xatırladaq ki, festivalın digər azərbaycanlı ulduz qonağı Zülfiyyə Xanbabayevadır. Onun “Jara”nın səhifəsində afişası paylaşılan zaman Aygünün fanları rəy yazmış, təşkilatçılar isə bu il “Diva”nın layihədə yer almayacağını qeyd etmişdilər.