“JEK” müdiri ANS-in kamerasını belə qamarladı - Video

jek-mudiri-ans-in-kamerasini-bele-qamarladi-video
Oxunma sayı: 683

ANS-in bölgə müxbiri Gunel İsayeva və operator Rəşad Rəşidovu İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov qəbul edəcək. Bu barədə ANS-in bölgə müxbiri Gunel İsayeva məlumat verib. Onun sözlərinə görə, icra başçısı əməkdaşlarla əlaqə saxlayaraq, görüş təyin edib.

“İcra başçısı bizi qəbul edəcəyini bildirib. İcra başçısı görüşdə dəyən ziyanı dəqiqləşdirmək və zərərin qurum tərəfindən ödəniləcəyi barədə danışacaq. Bundan başqa, biz rayon Prokurorluğunda da olduq. Həm mənim, həm də Rəşad Rəşidovun hadisə ilə bağlı izahatımızı aldılar”, - deyə Gunel İsayeva bildirib.

Xatırladaq ki, ötən gün Göyçay Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Loğman Əliyev ANS-in bölgə müxbirinə və operatoruna hücum çəkib. O, televiziyanın bölgə müxbiri Gunel İsayeva və operator Rəşad Rəşidovu nalayiq sözlərlə təhqir edib, hətta onlardan kameranı alaraq özündə saxlayıb.