“JEK”in maşını ilə piyadanı vurdu

jekin-masini-ile-piyadani-vurdu
Oxunma sayı: 2349

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 7-də Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb.
Şamaxı rayon sakini, 1972-ci il təvəllüdlü Qəhrəman Ağababayev idarə etdiyi “İveco Euro Cargo” markalı 99 JF 567 nömrəli yük maşını ilə yolu keçmək istəyən piyadanı vurub. Həmin şəxs hadisə yerində ölüb. Məlum olub ki, vəfat edən piyada Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Cümşüd Kərimlidir.

Q.Ağababayevin idarə etdiyi “İveco” markalı maşın Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsusdur və sürücü də həmin orqanın işçisidir.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.