Jennifer Beni razı saldı - 30 gündür xəstəxanadadır

jennifer-beni-razi-saldi
Oxunma sayı: 2587

Amerikalı aktyor Ben Affleck 30 gündür ki, reabilitasiya mərkəzində müalicə alır. “Qafqazinfo” xəbər verir ki, 46 yaşlı Hollivud ulduzu alkoqolizmdən əziyyət çəkir. 

Sonuncu dəfə “Playboy” modeli Shauna Sextonla sərxoş vəziyyətdə görüntülənən Ben sağalmaq qərarına gəlib. 

“Us Weekly” jurnalı yazır ki, onu müalicə olunmağa keçmiş xanımı, aktrisa Jennifer Garner razı salıb.  “Bu işi ciddiyə alır. Uşaqlarına görə yenidən alkoqol olmaq istəmir və özünü çox pis hiss edir” – deyə dərgiyə aktyorun dostları bildirib.

Benin “Oskar” mükafatçısı olan qardaşı Casey Affleck də qardaşının vəziyyətinin yaxşı olduğunu qeyd edib. 

Xatırladaq ki, aktyor 2002 və 2017-ci illərdə alkoqolizmlə bağlı müalicə alıb.