“Jiquli” yolda dönmək istəyən “Hyundai”yə çırpıldı - Fotolar

jiquli-yolda-donmek-isteyen-hyundaiye-cirpildi
Oxunma sayı: 1689

Kürdəmirdə avtomobil qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Rayon sakini Aydın Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən dönmə hərəkəti yerinə yetirən Babaxan İsayevin “Hyundai” markalı avtomobilinə çırpılıb.

Nəticədə “Jiquli”nin sürücüsü xəsarət alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu