Kadırov ölkənin idarəçiliyini baş nazirə tapşırıb

kadirov-olkenin-idareciliyini-bas-nazire-tapsirib
Oxunma sayı: 2650

Çeçenistan lideri Ramzan Kadırov səhhəti ilə əlaqədar müvəqqəti olaraq ölkənin idarəçiliyini baş nazir Muslim Xuçieva tapşırıb.

“Qafqazinfo” xəbər verir ki, Kadırov “İnterfax”a açıqlamasında bildirib ki, bu yaxınlarda dağda olub, qar yağışı və güclü külək səbəbindən soyuqlayıb. Nəticədə səhhətində yüksək temperatur və qrip kimi yüngül nasazlıq yaranıb. 

Çeçen lider növbəti günlər üçün vacib ezamiyyətlər planlaşdırıldığı üçün, konstitusiyaya uyğun olaraq, 11-16 fevral tarixlərində ölkənin idarəçiliyini baş nazirə tapşırıb.