Kafedən oğurluq

kafeden-ogurluq
Oxunma sayı: 646

Bakının Səbail rayonunda kafedən oğurluq edilib.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisindəki kafelərdən birindən 1000 manat və müşahidə kamerasının yaddaş qurğusunu oğurlanması barədə Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini Fərid Allahverdiyev tutulub.