Kaliforniyada meşə yanğınında ölənlərin sayı 23 nəfərə çatdı

kaliforniyada-mese-yangininda-olenlerin-sayi-23-nefere-catdi
Oxunma sayı: 966

ABŞ-ın Kaliforniya ştatında 8 noyabrdan etibarən davam edən meşə yanğınları nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, güclü külək səbəbindən yanğının qarşısını almaq hələlik mümkün olmayıb.

Hazırda yanğın 40 min hektar əraziyə yayılıb. Çoxu ev olmaqla 7 minə yaxın tikili yanaraq külə dönüb.

250 mindən çox insan bölgədən təxliyyə edilib.

“Campfire” adı verilən yanğın artıq Kaliforniya tarixinə ən dağıdıcı yanğınlardan biri kimi düşüb.