Kanadada Həmrəylik Günü qeyd edildi

kanadada-hemreylik-gunu-qeyd-edildi
Oxunma sayı: 645

Azərbaycanın Kanadadakı səfriliyndən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir zamanı qeyd olunan həftə sonu məktəbdə oxuyan şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, o cümlədən, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə xas olan bir sıra şeir və musiqilər səsləndirilib. Tədbirdən hazırlanmış videolara “facebook” sosial şəbəkəsində açılmış “Karabakh Azeri Saturday language school” adlı səhifədə baxmaq mümkündür:

burada

Qeyd edək ki, “Qarabağ” (Karabakh) adlı Azərbaycan dili məktəbi 2011-ci ilin 10 sentyabrında Kanadanın Ottava şəhərində fəaliyyətə başlayıb. Qeyd olunan məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilib. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.