Keçmiş məhkumlar narkotiklə saxlanıldı

kecmis-mehkumlar-narkotikle-saxlanildi
Oxunma sayı: 1474

Gəncədə narkotik satan iki nəfər saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncənin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Bəxtiyar Şəmsi saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman əlində olan idman çantasının içərisindən ümumi çəkisi 2 kiloqram 395 qram marixuana aşkar olunaraq götürülüb.

Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən isə Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Rasim Hümbətov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2.8 qram heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.