Keçmiş nazir məşhur seriala çəkildi - Fotolar

kecmis-nazir-meshur-seriala-cekildi
Oxunma sayı: 2826

Türkiyə Özəlləşdirmə üzrə Dövlət Nazirliyinin keçmiş rəhbəri Yüksel Yalova aktyor seriala çəkilib. 

“Qafqazinfo” xəbər verir ki, eks-nazir Star TV-də yayımlanan məşhur “Avlu”nun  sezon finalında yer alıb. 

O, ekran işində vəkil obrazını canlandırıb. 

Bu məqamda qeyd edək ki, 63 yaşlı Yalovanın qızı Melike İpek də aktrisa kimi fəaliyyət göstərir. Belə ki, o, “Muhteşem Yüzyıl”, “Karadayı” kimi layihələrdə rol alıb.