Keçmiş sevgilisindən uzaq olmaq üçün evini satır - 11 milyona + Foto

kecmis-sevgilisinden-uzaq-olmaq-ucun-evini-satir
Oxunma sayı: 6895

Ötən həftə model Gigi Hadidlə yolları ayıran müğənni Zayn Malik eks sevgilisindən uzaq olmaq üçün Nyu-Yorkdakı evini satışa çıxarıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, pop ulduzun Gigi Hadidlə aralarında 50 metr məsafə olan evinin qiyməti isə 11 milyon dollardır. XlX əsrdə tikilmiş mənzil qədim dizaynı ilə diqqət çəkir. 2 il əvvəl evin qiyməti 13 milyon dollar olub.

Xatırladaq ki, Gigi və Zeyn 2015-ci ilin noyabrından görüşməyə başlayıblar. Model 2016-cı ildə isə müğənninin “Pillowtalk” klipində rol alıb.