Kərim Kərimlinin “Şuşamın kitabı” çapdan çıxdı

kerim-kerimlinin-susamin-kitabi-capdan-cixdi
Oxunma sayı: 647

Şuşanın işğalının 20-ci ildönümündə işıq üzü görən 328 səhifəlik kitabda Vətən uğrunda döyüşlərdə şəhid olan 21 nəfər şuşalı qəhrəmandan bəhs edilir. “Qafqazinfo”nun məlumatına görə, müəllifin bu mövzuda 3-cü, ümumilikdə isə sayca 9-cu olan kitabında qəhrəmanların bioqrafiyası, döyüş yolu barədə məlumatlarla yanaşı, işğaldan sonrakı 20 il ərzində həmin qəhrəman şəhidlərin Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış valideynləri, ailə üzvləri, doğmaları və yaxınlarının həyatı, məişəti, problemləri barədə də məlumatlar öz əksini tapıb.

Müəllif bu günə qədər Qarabağ müharibəsinin üzərinə işıq salınmayan bəzi məqamlarına da toxunub. Məlumatları toplamaq, şəhid ailələri ilə görüşmək, müsahibələr almaq üçün Bakı və Bakı ətrafı kəndlərlə yanaşı Azərbaycanın müxtəlif rayonlarına səfər edən müəllif, bu kitabının da maraqla oxunacağına ümid edir.

Kitabda haqqında söhbət açılan qəhrəmanlarla yanaşı onların doğmalarının da xeyli sayda fotoşəkli yer alıb. “Şuşamın kitabı” “Apastroff” nəşriyyatında 500 nüsxədə çap edilib.

Müəllif bu günlərdə kitabın ilk təqdimatının olacağını və sonra da geniş oxucu kütləsinə çatdırılacağını bildirib.