Ketrin Eşton yaxşı xəbərlərlə gəlir

ketrin-eston-yaxsi-xeberlerle-gelir-
Oxunma sayı: 648

Bu barədə çərşənbə günü jurnalistlərə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia məlumat verib.

“Ketrin Eşton noyabrın 15-16-da Bakıya gələcək. Səfər zamanı o, qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə edəcək. Düşünürəm ki, K.Eşton özü ilə yaxşı xəbərlər gətirəcək”, - deyə R.Kobia "İnterfaks-Azərbaycan" agentliyinin sualına cavab verərkən bildirib.

O, danışıqların gedişində Azərbaycan və Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi məsələsinin də müzakirə olunacağını istisna etməyib.

R.Kobia həmçinin qeyd edib ki, bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi danışıqların gündəliyini genişləndirib.