“Kılıçdaroğlu partiya liderliyini prezidentlikdən üstün tutdu” - Ərdoğan

kilicdaroglu-partiya-liderliyini-prezidentlikden-ustun-tutdu
Oxunma sayı: 1815

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 24 iyunda keçiriləcək prezident seçkilərinə namizədlərlə bağlı danışıb.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun namizəd olmaq istəməməsini partiya liderliyini daha üstün tutmaqla əlaqələndirib:

“Hər partiya prezidentliyə namizədini müəyyənləşdirə bilər. CHP-nin rəhbəri nədənsə prezidentliyə namizəd olmaq istəmədi. Görünür ki, partiyasını idarə etmək Türkiyəni idarət etməyə namizəd olmaqdan daha cəzabedici gəldi. Ona görə də başqa namizəd irəli sürdülər. CHP-nin gözündə partiya sədri olmaq ölkə prezidenti olmaqdan daha önəmlidir”.

Qeyd edək ki, CHP Məhərrəm İncənin namizədliyini irəli sürmüşdü. Politoloqlar bu addımı Kılıçdaroğlunun partiya rəhbərliyini əldə vermək istəməməsi kimi şərh ediblər. Belə ki, bundan öncəki bütün seçkilərdə iqtidardakı AKP-yə məğlub olan K.Kılıçdaroğlu növbəti dəfə məğlub olacağı təqdirdə, ümumiyyətlə siyasətdən getməyə məcbur qalacaqdı. Onun bu riski göz önünə alaraq namizədliyini irəli sürmədiyi bildirilir.