Kimə nə qədər pay göndərdiyini biləcəksən

kime-ne-qeder-pay-gonderdiyini-bileceksen
Oxunma sayı: 667

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, bundan sonra gün ərzində hansı nömrəyə neçə dəfə və nə qədər hədiyyə vəsaitin göndərildiyini öyrənmək mümkün olacaq.
Bunun üçün Fakturalı və Fakturasız Xətt abonentləri Paycell-dən istifadə tarixini 9201 qısa nömrəsinə göndərməlidirlər. Bu zaman abonenti maraqlandıran tarix aşağıdakı formatlardan birində göndərilə bilər:
01.01.2011
01/01/2011
01-01-2011
01012011
Qeyd edək ki, Azercell abonentləri yalnız son 90 gün ərzində göndərilən Paycell-ər haqqında məlumat ala bilərlər. Xidmətdən istifadə haqqı 0.02 AZN (ƏDV daxil) təşkil edir.

Xatırladaq ki, Paycell xidməti abonentlərə öz balansından istənilən Azercell Fakturasız Xətt nömrəsinə vəsait köçürməyə imkan verir. Bu zaman 20 qəpik, 50 qəpik və 1 AZN məbləğ köçürmək mümkündür. Bunun üçün məbləğ köçürüləcək abonentinin nömrəsini SMS vasitəsilə 9204 (20 qəpik üçün), 9200 (50 qəpik üçün) və ya 9202 (1 AZN üçün) nömrəsinə göndərmək lazımdır.

Nigar Məmmədli