Kirkorova qarşı sui-qəsdi Qalkin planlaşdırıb? - Yenilənib

kirkorova-qarsi-sui-qesdi-qalkin-planlasdirib
Oxunma sayı: 2302

Rusiyanın Xalq artisti Filipp Kirkorova 2017-ci ildə Mahaçqalada keçirilən konsertdə edilən sui-qəsd cəhdinin təffərrüatı ortaya çıxıb. 

“Qafqazinfo” Rusiyanın “Kommersant” nəşrinə istinadən məlumat verir ki, terror hücumunun hazırlanmasında əsas rolu olan Xıdırnəbi Kozuyev hüquq-mühafizə orqanlarına ifadəsində sifarişçinin məşhur aparıcı Maksim Qalkin olduğunu iddia edib. 

Şübhəli şəxs bildirib ki, Qalkin hazırda həyat yoldaşı olan Xalq artisti Alla Puqaçovanı keçmiş əri Kirkorova qısqandığına görə belə addım atıb. 

X. Kozuyev ona Filippin ölüm əmrinin verildiyini, bunun qarşılığında 2 milyon rubl, telefon və SİM kart alındığını bildirib. O, pulu partlayıcı qurğulara xərclədiyini, lakin hadisədə xeyli adamın öləcəyini düşünüb geri çəkildiyini qeyd edib. 

Qeyd edək ki, Rusiya Milli Anti-Terror Komitəsi (NAC) 2017-ci ilin oktyabrında İŞİD-in 4 üzvünün saxlanılması barədə məlumat yaymışdı. Bildirilmişdi ki, ekstremistlər partlayış törətməyə cəhd etməkdə ittiham olunublar. 

***

Mövzu barədə Maksim Qalkin instaqram səhifəsində açıqlama yayıb. O, məlumatın yalan və fantaziyalardan ibarət olduğunu qeyd edib.  Maksim bildirib ki, hazırda Kirkorov əsassız xəbərlərə görə çox əsəbidir. 

F. Kirkovun prodüseri Gennadiy Rıbak da açıqlamasında yayılan məlumatı cəfəngiyyat adlandırıb.