Kirkorovun konsertini partlatmaq istəyən - İŞİD-çilər saxlanılıb

kirkorovun-konsertini-partlatmaq-isteyen
Oxunma sayı: 1932

Rusiyanın Federal Təhlükəsizlik Xidməti pop-ulduz Filip Kirkorovun konsertində partlayış törətməyi planlaşdıran İŞİD terrorçularını saxlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan 4 nəfər Dağıstan vətəndaşlarıdır. Onların üzərlərində üç bomba olub. 

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, əsas hədəf Filipp Kirkorovun iyunun 6-da keçirilən konserti olub. Lakin plan baş tutmayıb. Belə ki, görülən təhlükəsizlik tədbirlərindən qorxan terorçular daha əsaslı şəkildə hazırlaşmaq qərarına gəliblər. 

Qeyd edək ki, bu, İŞİD-in pop-musiqiyə qarşı ilk neqativ reaksiyası deyil. Ötən ilin fevralında onlar Mosulda bir gənci bu tip musiqiyə qulaq asdığı üçün edam etmişdilər.