Kıvanç ölümdən döndü - Fotolar

kivanc-olumden-dondu
Oxunma sayı: 703

Məşhur türk aktyoru Kıvanç Tatlıtuğun dəniz həvəsi az qala ölümünə səbəb olacaqdı.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Bodrumda şəxsi gəmisində ölüm təhlükəsi ilə üz-üzə gəlib.

Belə ki, Kıvanç gəminin arxa tərəfindəki zibil torbasını sahildəki birinə verərkən müvazinətini itirib dənizə, pərlərin önünə yıxılıb. Hadisəni görməyən gəmi kapitanı qazı basıb və gəminin pərləri sürətlə fırlanmağa başlayıb. Tatlıtuğ son anda qurtulmağı bacarıb. Hadisə şahidləri onun ölümdən döndüyünü deyiblər.