Klintonun qızı jurnalistliyə başlaydı

klintonun-qizi-jurnalistliye-baslaydi
Oxunma sayı: 650

Çelsi Klintonun jurnalist karyerasında ilk reportajı yerli NBC telekanalında yayımlanıb. Ötən ay telekanalda müxbirliyə başlayan Çelsi Klintonun hazırladığı material kanalın məşhur aparıcısı Brayan Uilyamsın həftəlik proqramında nümayiş olunub. 31 yaşlı Çelsinin ilk reportajı Arkanzas ştatında yaşayan və bütün var-dövlətini yoxsul uşaqlara yardım üçün xərcləyən qaradərili bir qadının həyatından bəhs edir. Klintonların qızı jurnalistikada ilk işinə görə tənqidçilərdən çoxlu tərif eşidib.
Çelsi Klinton nənəsinin "cəmiyyətin xeyri üçün bir iş gör" tövsiyəsinin təsiri altında jurnalistikanı seçdiyini bildirib.

anspress