Klipini xəyanət edən ərinə həsr etdi - Fotolar + Video

klipini-xeyanet-eden-erine-hesr-etdi
Oxunma sayı: 4861

Ukraynanın xalq artisti Ani Lorak son klipini ona xəyanət edən əri, türkiyəli iş adamı Murad Nalçacıoğluna həsr edib. 

“Qafqazinfo” xəbər verir ki, “Yuxu” adlanan ekran işi bu gün sənətçinin rəsmi “Youtube” səhifəsində yayımlanıb.  Layihənin mahnısı sözləri ilə diqqət çəkib. 

İddia olunur ki, müğənni bu mahnını oxumaqla ayrıldığı həyat yoldaşına müraciət edir və xəyanətə məruz qalmış şəxsin hekayəsindən bəhs edir. 

Qeyd edək ki, yayda M. Nalçacıoğlu ilə model Yana Belyaevanın səmimi görüntüləri yayılmışdı. Bundan sonra Ani qızı ilə birgə evdən getmişdi. 

Xatırladaq ki, Ani Lorak türk iş adamı ilə 2009-cu ilin avqustunda evlənib.  Cütlüyün bu nikahdan Sofiya adlı qızı var.