Klubları bezdirən transferlər

klublari-bezdiren-transferler
Oxunma sayı: 660

“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray”klubu bəlkə də tarixinin ən çətin transfer dönəmini yaşayır. Hollandiyalı ulduz “İnter”lə “Çempionlar Liqası”nın qalibi Hollandiya ilə 2010-ci dünya II si olan Uesli Sneyder hələ də İstanbula gəlib gəlməyəcəyi barədə konkret cavabını vermir.

Hər iki klub rəhbərliyi mediyaya fürsət düşən kimi aralarında razılıq olduğunu, yeganə maneə futbolçunun öz qərarı olduğunu deyirlər.

Sneyder isə bütün bunları ona olunan təzyiq kimi qiymətləndirir və bundan narahat olduğunu dilə gətirir. Nədə olmasa ulduz futbolçudur. Onu bəlkə də az maraqlandıran məqamlardan biri də azarkeşlərin onu saatlarla hava limanında gözləmələri olub. Bunu futbolçuya sual etdikdə isə “Kim onlara deyib ki, mən İstanbuldayam,baxın mən burdayam” deyib.

Bütün İtaliya mətbuatı isə onun transfer pəncərəsinin sonuna qədər “İngiltərədən” gələcək hər hansı bir təklif gözlədiyini iddia edir. “Qalatasaray” rəhbərliyi isə hollandiyalının “İnter”dən alacağı maaşın olduğunu və futbolçunun qarşısını kəsən tək əngəlin bu olduğunu bildirib.

Digər bir İstanbul nəhəngi olan “Fənərbaxça” klubu da hələ ki, transferdən yarıya bilməyib. Belə ki, “Fənər” də uzun müddətdir “Monpelye”nin gənc və istedalı futbolçusu olan Yunis Belhanda ilə razılığa gəlməyə çalışır. Əslində futbolçu özü İstanbula gəlmək istəyir amma klub prezidenti işi əngələ salıb. 2 gün bundan əvvəl “Fənərbaxça”nın verdiyi qiymətlə razılaşmayan prezident Luis Nikoli maraqlı fikir bildirib.” Fənərbaxça təklif etdiyi pulu götürsün müvafiq bir yerə qoysun bu qiymətə futbolçu satılmır”

Amma uzun müddət çəkən danışıqlardan sonra tərəflərin yavaş-yavaş razılığa gəlməkləri gözlənilir və futbolçunun artıq imzasını atmaq mərhələsinə gəldiyi bildirilir.

İqbal