Klublarımızın oyunları ləğv edildi

klublarimizin-oyunlari-legv-edildi
Oxunma sayı: 1292

Antalyada təlim məşq toplanışında olan “Zirə”nin bu gün Qazaxıstanın “Taraz” klubu ilə nəzərdə tutulan yoxlama oyunu ləğv olunub. “Qafqazinfo” xəbər verir ki, buna bölgədə yağan güclü yağış və külək səbəb olub.

Bu gün digər Qazaxıstan klubu “Jetısu” ilə qarşılaşmalı olan "Sumqayıt"ın matçı isə eyni səbəbdən təxirə düşüb. Görüş sabah Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.

Bundan başqa, "Səbail"in bu gün Macarıstanın "Aqvital" klubu ilə keçirməli olduğu qarşılaşma da təxirə salınıb. Oyun sabah olacaq.

Qeyd edək ki, 3 gün öncə "Qarabağ"ın Rumıniya "Botoşani"si ilə yoxlama matçı da yağışa görə ləğv olunmuşdu.