Koçaryan istintaqa ifadə verməkdən imtina etdi

kocaryan-istintaqa-ifade-vermekden-imtina-etdi
Oxunma sayı: 1404

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan istintaqa ifadə verməkdən imtina edib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan bildirib: “Koçaryan istintaq prosesində iştirakdan imtina edərək otağı tərk etdi və ifadə vermədi”. 

Qeyd edək ki, 1 mart 2008-ci ildə prezident seçkilərindən sonra keçirilən aksiyaların dağıdılmasında və 10 nəfərin ölümündə ittiham edilən Koçaryan 2 ay müddətinə həbs olunub. O, konstitusion quruluşu devirməkdə də günahlandırılır.