Köhnə fotoları bu proqramla rəngləmək olacaq - “Google”dan yenilik

Köhnə fotoları bu proqramla rəngləmək olacaq
Oxunma sayı: 868

“Google” şirkəti 8-10 may tarixlərində Mauntin-Vyu şəhərində keçirilən “Google I/O 2018” konfransında “Google Photos” servisi üçün öz yeniliklərini təqdim edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, ən maraqlı yeniliklərdən biri süni intellekt sisteminin köməyi ilə köhnə ağ-qara şəkillərin rənglənməsidir.

İstifadəçi köhnə şəkli öz smartfonu ilə çəkməli olacaq, bundan sonra “Google Photos” servisi onu təhlil edərək şəklin rəngli variantını təklif edəcək.

Başqa yeniliklər arasında şəkildəki obyektlərin bölünməsi, sənədlərin təsvirinin tanınması və onların avtomatik PDF fayla konvertasiyası üçün süni intellektdən istifadəni qeyd etmək olar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi