Komitə dövlət standartını təsdiqlədi

komite-dovlet-standartini-tesdiqledi
Oxunma sayı: 654

“Qafqazinfo” xəbər verir ki,Komitədən verilən məlumata görə, standartın tətbiq vaxtı 1 mart 2013-cü il müəyyən edilib.

Bu beynəlxalq standart DVB-T (yerüstü rəqəmli televiziya yayım standartı) sistemləri üçün SD və HD qəbuledicilərinin xüsusiyyətlərini müəyyənləşdirir. Standart yayımçılara (yayım operatorları) və qəbuledici istehsalçılarına (idxalçılarına) aiddir.

Standartın məqsədi qəbuledicilər tərəfindən yayım siqnallarını qəbul etmək, ötürülən axınların keyfiyyətini təmin etmək, qəbuledicilərdə yayımlara uyğun tələb olunan iş rejimini formalaşdırmaq və istehlakçıları keyfiyyətli yayımla təmin etməkdir.

Standartda qəbuledicinin imkanları, video və audio sistemin, həmçinin multipleks və ötürülən axınların xüsusiyyətləri, video görüntünün formatlaşdırılması, subtitrlər, radiotezlik hissəsi və kanal dekoderi, tətbiqi proqram interfeysi və s. ilə bağlı tələblər müəyyən olunub.