Komitə sədri rəqəm tələb etdi

komite-sedri-reqem-teleb-etdi
Oxunma sayı: 1823

“Bu gün təhsilin hər bir sahəsində islahatlar gedir. Biz hazırda parlamentdə “Peşə təhsili haqqında “ qanun layihəsini müzakirə edirik. Bu qanun layihəsinin geniş ictimai müzakirəsinə çox böyük ehtiyac var. Burada yeni bir ideyaların olmasına ehtiyac yoxdur”.

"Qafqazinfo"nun məlumatına görə, bunu parlamentin iclasında çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, artıq bir neçə ölkələr var ki, onlar elmi peşə istiqamətinə yönəldiblər.

“Bu gün elmlə bağlı Elmlər Akademiyası və onun institutları kompakt şəkildə peşə istiqaməti ilə bağlı olmalıdır. Bizim AMEA-nın nəzdində bir neçə böyük institutlarımız var. Əgər bu gün biz peşənin inkişafı ilə bağlı müzakirə ediriksə, elmin peşə ilə birlikdə fəaliyyətsiz olması heç bir nəticə verməyəcək. Ona görə İsa müəllimdən (İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, parlamentin Elm və təhsil komitəsinin sədri) xahiş edərdim ki, AMEA-nın institutları dəvət olunsunlar. Onlar da bizə rəqəmlər göstərsinlər ki, bu illər ərzində hansı yeniliklər, ixtiralar olub ki, onlar peşə istiqamətinə inteqrasiya olunub. Əgər peşə hər hansı istiqamətdə dövlətə gəlir gətirməyəcəksə onda işləməyəcək”.

 F.Muradov deyib ki, bu gün Bakı şəhərində bir neçə peşə məktəblərini çıxmaq şərtilə, əksəriyyəti regionlarda olmalıdır.

“Bu gün bizə ehtiyac olan əsas peşələr məhz regionlardadır. Biz bu gün sahibkarları peşə məktəblərinin açılmasına maraqlı olmağa dəvət etməliyik. Dövlətdən asılılıq minimuma endirilməlidir. Bu nazirlikdə və digər qurumlar, orqanlar da ola bilər. Məncə qanunun fəlsəfəsi bu olmalıdır”.