Konfederasiyalar Kubokunda ilk yarımfinal

konfederasiyalar-kubokunda-ilk-yarimfinal
Oxunma sayı: 839

Bu gün Konfederasiyalar Kuboku-2017-də yarınfinal mərhələsinə start veriləcək. "Qafqazinfo" xəbər verir ki, final çıxmaq uğrunda ilk mübarizə Portuqaliya - Çili qarşılaşmasında olacaq. Kazandakı matçın qalibi finalda, məğlubu 3-cü yer uğrunda oyunda yarışacaq. 

Xatırladaq ki, son Avropa çempionu Portuqaliya hazırkı turnirdə 7 xalla A qrupunun qalibi olub. Cənubi Amerika çempionu Çili isə 5 xalla B qrupunda 2-ci yeri tutub. 

28 iyun

22:00. Portuqaliya - Çili