Konqoda BMT-nin 7 sülhməramlısı öldürüldü - 10 yaralı

konqoda-bmt-nin-7-sulhmeramlisi-olduruldu
Oxunma sayı: 966

Konqo Demokratik Respublikasında ötən gün keçirilən əməliyyatlar zamanı 7 BMT sülhməramlısı öldürülüb, 10 nəfər yaralanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cyuarrik bildirib.

Öldürülən sülhməramlılardan 6-sı Malaviyadan, 1-i Tanzaniyadan olub. Sülh missiyasının üzvləri üsyankar Birləşmiş Demokratik Qüvvələr Təşkilatının üzvləri ilə toqquşmalarda öldürülüblər.