Könül Kərimova utanır

konul-kerimova-utanir
Oxunma sayı: 3125



“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, “Bığ” şousuna qonaq olan sənətçi yalan xəbərlərdən utandığını bildirib: “Bir dəfə Moskvaya toya getmişdik. Yollar tıxac idi. Zəng vurdular ki, yarım saata çatmalısınız. Əynimdə səhnə paltarı ilə metroya düşdüm. Yanımda Cabbar Musayev və Kamran Həsənli də var idi. Əynimdəki paltar isə zər-ziba idi. 

Metroda çəkdirdiyim fotonu sosial şəbəkədə paylaşmışdım. Mətbuatda yazdılar ki, Könülün maşını yoxdu, metroda gəzir. Bir dəfə də Türkiyəyə istirahətə yollanmışdım. Xəbər yaydılar ki, Könül dəri xəstəliyinə yoluxub. Belə şayiələri eşidəndə utanıram, bilmirəm, övladlarıma nə cavab verim”.