“Kopenhagen”in baş məşqçisi “Qarabağ”ı komandasına nümunə göstərdi

kopenhagenin-bas-mesqcisi-qarabagi-komandasina-numune-gosterdi
Oxunma sayı: 1394

Danimarkanın “Kopenhagen” klubunun baş məşqçisi Stole Solbakken Avropa Liqasında Madrid “Atletiko”suna rəqib olmalarından danışıb. “Qafqazinfo” xəbər verir ki, o, ispan nəhəngi ilə matçlar üçün “Qarabağ”ı komandasına nümunə göstərib.

Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində Ağdam klubuna uduzan danimarkalıların çalışdırıcısı Qurban Qurbanovun komandasının madridlilərlə heç-heçə etməsini yada salıb: “Bu mövsüm ÇL-in pley-off mərhələsində bizi çətinliklə məğlub edən “Qarabağ” qrupda “Atletiko” ilə 2 heç-heçə etdi. Bilirəm ki, bu çox çətindir. Amma biz də bacara bilərik”.

Xatırladaq ki, "Qarabağ" evdə "Kopenhagen"1:0 hesabı ilə qalib gəldiyi səfərdə 1:2 hesabı ilə uduzsa da, səfər qoluyla ÇL-in qrupa düşə bilmişdin.