Kriminal Bakı

kriminal-baki
Oxunma sayı: 645

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Saleh Həsənov sentyabrın 25-də yaxalanıb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ofelya Əliyeva sentyabrın 25-də tutulub.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Tələt Nəcəfov sentyabrın 25-də saxlanılıb.

Sentyabrın 15-də naməlum şəxs qəsəbə sakini Taleh Əliyevə bıçaqla xəsarət yetirib. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində T. Əliyevə bıçaq xəsarəti yetirən Bakı şəhər sakini Əli Əliyev ötən gün həbs olunub.

Nərimanov RPİ QŞVŞ və 18-ci PB əməkdaşları Pakistan vətəndaşları Kham Hüssain və Ghafoor Adilin qeydiyyatsız yaşadıqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 339-cu (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarını pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriblər.