Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 642

İyulun 27-si 2011-ci ildə Şıx çimərliyində Fazil Məmmədova məxsus «Honda» markalı avtomobildən şüşəni sındırma yolu ilə 509 manat oğurlayan Abşeron rayon sakini Tural Quliyev aprelin 18-də Səbail RPİ 8-ci PB əməkdaşları tərəfindən tutulub.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Dəyanət Həsənovdan 440 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Nəsimi RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədovdan 170 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Yasamal RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zöhrab Bağırovdan 4 qrama yaxın, Ruslan Musayevdən isə 1 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni onlara satan Bakı şəhər sakini İsrafil Məmmədov yaxalanmış və ondan 500 qramadan artıq tiryək aşkar edilərək götürülüb.

Nərimanov RPİ QvŞVŞ əməkdaşları Gürcüstan vətəndaşı Rəşad Hümbətovun qeydiyyatsız yaşadığı üçün barəsində İXM-nin 339-cu (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması, yaxud Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi qaydalarını pozulması) maddəsi ilə protokol tərtib edərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantlara Qarşı Mübarizə İdarəsinə təhvil veriblər.

Xətai RPİ QvŞVŞ əməkdaşları Türkiyə vətəndaşları Karataş Ahmedin, Aktaş Adem Mehmetin, Aktaş Ali Mehmetin, Çetin Kamil Bekirin, Gürcüstan vətəndaşları Fikrət Dəmirovun və Ülfət Əliyevin qeydiyyatsız yaşadığı üçün barələrində İXM-nin 339-cu maddəsi ilə protokol tərtib edərək BPQvMİ QMQMİ-yə təhvil verib.