Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 647

Mayın 22-si saat 23:20 radələrində Buzovna - Mərdəkan yolunda Bakı şəhər sakini Arif Babayev idarə etdiyi «Mersedes» markalı avtomobillə Bəhram Əliyevi vurmuş, piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Mayın 22-si saat 21:40 radələrində Binəqədi şossesində Bakı şəhər sakini Aslan Əliyev idarə «Daewoo» markalı avtomobillə Balabəy Qasımovu və Xanbala Mirzəyevi vurub. B.Qasımov aldığı xəsarətdən KTM-də ölüb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Əli Cəfərov mayın 22-də tutulub.

Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müxalif Balayevdən «AK-74» markalı avtomat aşkar edilib.

Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Telman Vahidov mayın 22-də tutulub.

Xətai RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabirabad rayon sakini Ağaverdi Fərəcovdan 3 kiloqramdan artıq həşiş qətranı aşkar edilərək götürülüb.

Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə axtarışda olan Səadət İsmayılova mayın 22-də tutulub.