Kuarejma “Beşiktaş”dan pulunu ala bilmir?

kuarejma-besiktasdan-pulunu-ala-bilmir
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi məlumata görə, bu iddanı Portuqaliya mətbuatı ortaya atıb. Dekabrın əvvəlində “Beşiktaş”ın heyıtində “Samsunspor”a qarşı oyunda zədələnən və 3-4 həftə yaşıl meydandan kənar qalmalı olan Kuarejma vətəninə getmişdi. Artıq bu müddət başa çatsa da, futbolçu “Beşiktaş”ın heyətinə qoşulmayıb. Portuqaliya mətbuatı “Q7” ləqəbli futbolçunun bunu “Beşiktaş”dan məvacibini ala bilmədiyi üçün etdiyini qeyd edir. Yayılan xəbərlərdə yalnız Kuarejmanın deyil, “Beşiktaş”ın digər futbolçularının da analoji problemlə üzləşdiyi bildirilir.

Ceyhun Əhmədov