Külli miqdarda narkotik tutuldu

kulli-miqdarda-narkotik-tutuldu
Oxunma sayı: 1149

Ötən gün polis əməkdaşları tərəfindən narkotiklərə qarşı keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə dövriyyən çıxarılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs Bakı şəhər sakini Akif Axıyev saxlanılıb. Baxış zamanı onun üzərindən 0,18 qram heroin, yaşadığı evdə də 301,109 qram heroin, 1,561 qram tiryək və 0,9 qram “Tromodol” aşkar edilərək götürülüb. 

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Aşağı Qaramanlı kənd sakini Seymur Xankişiyevin üzərindən 11 qram, evindən isə 385 qram marixuana aşkar edilib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş İmadil Qocamanovdan 445 qram marixuana götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı rayon polis şöbələrində cinayət işləri başlanılıb.