KXDR nüvə siyasətini dəyişməyəcək

kxdr-nuve-siyasetini-deyismeyecek
Oxunma sayı: 1030

Şimali Koreya 2018-ci ildə öz nüvə proqramı üzərində siyasətinin dəyişmək fikrində deyil.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə KXDR-in “STAK” agentliyi məlumat yayıb.

“KXDR mübahisəsiz strateji qüvvə olaraq açıq şəkildə bəyan edir -  onun siyasətində dəyişiklik gözləməyə dəyməz”,-deyə məlumatda deyilir.

Həmçinin, KXDR-in məsuliyyətli nüvə dövləti olduğu vurğulanır.

Dekabrın əvvəlində BMT Təhlükəsizlik Şurası noyabrın 29-da keçirdiyi növbəti nüvə sınaqlarına cavab olaraq Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.