Lalə Məmmədovadan çoxlu xəbər - Foto

lale-memmedovadan-coxlu-xeber-foto
Oxunma sayı: 743

Bu yaxınlarda Mirzə Fətəli Axundovun həyatından bəhs edən “Sübhün səfiri” filmində epizodik rolda çəkilən əməkdar artist Lalə Məmmədova bununla yanaşı tamaşada da çıxış edəcək.
“Qafqazinfo”nun məlumatına görə, müğənni bir neçə gün öncə Hollandiyadan səfərdən qayıdıb. Belə ki, noyabrın 20-də Hollandiyanın Rotr-Dam şəhərindəki “Bakı” restoranının açılışında iştirak edən L. Məmmədova, sənət yoldaşı İlqar Muradovla birgə dəvət aldığı tədbirdə əsasən milli musiqilərimiz və muğamlarımızı ifa edib. Müğənninin bildirdiyinə görə, açılışın rəsmi hissəsində Rusiya, Türkiyə, Azərbaycan, Pakistan, Ukrayna və Niderland Parlamentinin deputatları çıxış ediblər.

Bundan əlavə, Lalə Məmmədovanın Avropaya daha bir səfəri reallaşacaq. Müğənni dekabrın 1 – 5 - də Norveçin Oslo və Stavanqer şəhərlərində təşkil olunacaq konsertlərdə iştirak edəcək. Sözugedən konsertlərdən birində Oslo şəhərinin meri və məşhur səyyah Tur Heyerdalın oğlunun da iştirakı nəzərdə tutulur.

Nigar Məmmədli