Lənkəranda ana və qızı döyülüb - Ölən var

lenkeranda-ana-ve-qizi-doyulub
Oxunma sayı: 3252

Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Liman şəhərində baş verib.

1949-cu il təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdlü Samirə Miriyeva məlum olmayan şəraitdə döyülüb.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ana və qızının vəziyyəti ağır olduğundan onlar ilkin tibbi yardımdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti pisləşən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.