Lənkəranda ev, Bakıda maşın yandı

lenkeranda-ev-bakida-masin-yandi
Oxunma sayı: 647


“Qafqazinfo” xəbər verir ki, Lənkəran rayonu, Darquba kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümümi sahəsi 100 kv.m olan 1 mərtəbəli 3 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Volsvagen" markalı minik avtomobilinin arxa işıqlandırma sistemi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.