Lənkəranda evdə partlayış olub, xəsarət alan var

lenkeranda-evde-partlayis-olub-xesaret-alan-var
Oxunma sayı: 870

Lənkəranda fərdi yaşayış evində partlayış olub. 

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Xolmili kəndində, evin hamamında baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Sübhan Baloğlan oğlu Bağırov hamamda su isitmək üçün qazı yandırarkən partlayış olub. Nəticədə S. Bağırov ağır yanıq xəsarətləri alıb.
 
S. Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 2-ci dərəcəli yanıq diaqnozu qoyulan yaralının vəziyyəti ağır qiymətləndirilir. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
 
Faktla bağlı araşdırma aparılır.